Yaponiyanın “VA-LİQA” musiqi qrupu Bakıda

Yaponiyanın “VA-LİQA” musiqi qrupu Bakıda
20:08 17 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Dekabrın 17-də Yaponiyanın “VA-LİQA” musiqi qrupu Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Bakıdakı səfirliyinin və JTİ (Japan Tobacco İnternational) şirkətinin təşkilatçılığı ilə gerçəkləşən konsert “Gündoğar ölkə ilə Odlar Yurdunun qovuşması” adı altında baş tutub.
Konsert proqramından əvvəl Yaponiyanın Bakıdakı səfiri Tsuquo Takahaşi çıxış edən son illər Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Diplomat Yaponiyanın hər zaman Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirib və belə konsertlərin mövcud mədəni münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinmi vurğulayıb.
Konsertində “VA-LİQA” musiqi qrupu Yaponiyanın simli aləti (tsuqaru şamisen) və nəfəs aləti (şakuhaçi), həmçinin milli muğamımıza bənzəyən folklor mahnısı "minyo"nu təqdim edib.
Böyük maraqla qarşılanan gecədə, həmçinin Azərbaycanın bir sıra muğam ifaçılar ilə yaponiyalı musiqiçilərin repertuarında hər iki ölkənin milli mahnılarının sintezi səsləndirilib.
Qeyd edək ki, yaponiyalı prodüser Takaku Terutoşinin rəhbərliyi ilə nümayiş olunan konsert ölkənin mədəniyyətini təbliğ etməklə yanaşı, həm də xalqlar arasında qarşılıqlı mədəni əlaqələrin inkişafı və dərinləşdirməkdə olan dostluq münasibətlərinin bəhrəsidir.
“VA-LİQA” musiqi qrupu indiyədək dünyanın müxtəlif ölkələrində 300-dən artıq çıxışlar edib. Həmçinin, qrup müxtəlif janrlarda olan yapon ənənəvi musiqisi ilə yanaşı, həm də onun xarici ölkələrdə tanıdılması və təbliği ilə məşğuldur.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyanin_VA_LIQA_musiqi_qrupu_Bakida-912214

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR