Mingəçevirdə “Gəncləri yad təsirlərdən qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Mingəçevirdə “Gəncləri yad təsirlərdən qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib
20:18 17 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 17 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhərində “Gəncləri yad təsirlərdən qoruyaq” mövzusunda tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə dekabrın 17-də Gənclər Mərkəzində keçirilən tədbirdə dini icmaların üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdən əsas məqsəd radikalizmə qarşı mübarizədə gənclərin fəallığını təmin etmək, multikultural dəyərləri yaymaq, dini maarifçilik işini gücləndirməkdən ibarətdir.
Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli, şəhər icra hakimiyyətinin məsul işçisi Sahib Əliyev, şəhər veteranlar şurasının sədri Ələm Məmmədov yeniyetmələrin yad ideologiyaların təsiri altına düşməməsi üçün valideynlərin onların üzərində nəzarəti artırmasının vacibliyini vurğulayıblar. Qeyd ediblər ki, gənclərin radikal dini təriqətlərin təsiri altına düşməsinin qarşısını almaq üçün bütün sağlam qüvvələr səfərbər olunmalıdır.
Tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilib.
Qeyd edək ki, dekabrın 17-də Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında, Mingəçevir Tibb Kollecində və Mingəçevir Peşə Liseyində də “Gəncləri yad təsirlərdən qoruyaq” mövzusunda tədbirlər təşkil edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mingechevirde_Gencleri_yad_tesirlerden_qoruyaq_movzusunda_maariflendirme_tedbiri_kechirilib-912218

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR