Samir Əliyev: "Ölkədə qiymət artımı yoxdursa, dolların bahalaşmasının heç bir ciddi fərqi yoxdur"

Samir Əliyev: "Ölkədə qiymət artımı yoxdursa, dolların bahalaşmasının heç bir ciddi  fərqi yoxdur"
20:24 17 Dekabr 2015
62 Sosial
Ölkə mətbuatı
A- A+

Samir Əliyev, iqtisadçı ekspert

 

 

Mövzu: Federal Ehtiyat Sisteminin faiz dərəcəsini artırmaq qərarı
 
 

"Bazar artıq bu artıma hazır idi. Artım ciddi artım deyil, amma 9 ildən sonra baş verir"

"Bu dəfəki enmənin fundemantal əsasları var, hər hansı böhran nəticəsində baş verməyib"

"Amerikada baş verən proseslər hər bir ölkəyə təsir göstərir"

"Federal Ehtiyat Sistemi uçot dərəcəsini qaldırdı və bu sonuncu deyil. Hədəf yaxın illərdə uçot dərəcəsini 4 faizə qədər artırmaqdır"

"Bu addım Amerikanın investisiyaya cəlbediciliyini artıracaq, Amerika iqtisadiyyatında dolların yüksəlməsi baş verəcək"

"Sərbəst dönərli ölkələrin valyutaları ucuzlaşır"

"Valyutanın ucuzlaşması mənfi kimi dəyərləndirilmir, amma enmənin də bir həddi olmalıdır"

" Federal Ehtiyat Sisiteminin faiz dərəcəsini artırması manatın ucuzlaşması prosesini artıracaq, amma bu olmasaydı belə, ucuzlaşma gözlənilən idi"

"Manat dollara münasibətdə sabitdir, amma başqa valyutalara görə ucuzlaşır"

"Neftin qiymətinin kəskin bahalaşması mümkün deyil, Azərbaycanda 2016-cı ilin birinci yarısında neftin qiymət artımı gözlənilmir, əsas artım ilin ikinci yarısında ola bilər"

"Belə böhran vəziyyətində bir sıra vergilər yüngüləşdirilməlidir ki, sahibkarlıq inkişaf etsin"

”Dövlət proqram hazırlanmalıdır, bu proqramda birinci sahibkarlığın inkişafı üçün maneçilik yaradan hər şey aradan qaldırılmalıdır"

"Dövlət qurumlarının işinin effektifliyi artırılmalıdır, maliyyə strukturların yaranması üzərində də düşünmək olar"

"Əsas güc kiçik və orta sahibkarlığın inkişafına verilməlidir"

"İqtisadiyyatın ayrı-ayrı sahələrində liberallaşma çox vacibdir"

"Yaxşı olardı ki, bütün sahələrə aşağı vergi təmin etməklə iştirakçıların çoxluğu artırılsın"

"Ölkədə qiymət artımı yoxdursa, dolların bahalaşmasının heç bir ciddi  fərqi yoxdur"
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225610

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR