Putin öz oxşarından danışdı

Putin öz oxşarından danışdı
20:56 17 Dekabr 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi ənənəvi böyük mətbuat konfransından sonra maraqlı anlar yaşanıb.

ANS PRESS-in məlumatına görə, Rusiya lideri öz oxşarı haqqında danışıb.

"Hansı oxşar? Mənim oxşarım yoxdur. Mənim nəyimə lazımdır?" - deyə Putin təəccüblənib. Müxbirlər Putinə ona oxşayan həmin insanın fotoşəklini göstəriblər. Şəkli görən Putin gülümsəyib və fotonu götürərək yoluna davam edib.


Putin mətbuat konfransında

Putinin keçirdiyi mətbuat konfransında rekord sayda jurnalist təxminən 1,4 min insan iştirak edib. 3 saata yaxın davam edən tədbir ərzində ölkə başçısı bir sıra əhəmiyyətli suallara cavab verib və bir çox məsələlər müzakirə olunub. Həmçinin Putin Rusiya və Türkiyə münasibətləri, terrorizmlə mübarizə, Rusiya yüngül atletlərinin dopinq qalmaqalı, siyasətçi Boris Nemtsovun qətli haqqında cinayət işinin araşdırılması barədə danışıb.

"Mənim qızlarım Rusiyada yaşayırlar, rus ali məktəblərində təhsil alıblar və heç vaxt xaricdə uzun müddət yaşamayıblar." Bu haqda Vladimir Putin jurnalistinin qızları haqda sualını cavablandırarkən bildirib.

O qızları ilə fəxr etdiyini bildirib. "Onlar təhsilini davam etdirirlər və işləyirlər. Qızlarım karyeralarında ilk addımlarını atırlar, onlar 3 dildə sərbəst danışırlar. Mən heç vaxt ailəmlə bağlı sualları müzakirə etmirəm." Putin ailə üzvlərinin biznes və siyasətlə məşğul olmadıqlarını bildirib. "Mən onların dəqiq harada işlədikləri haqda heç nə deməmişəm və indi də deməyəcəm. Bu, təhlükəsizlik baxımından vacibdir. Ümumiyyətlə, hesab edirəm ki, hər bir insanın şəxsi həyat hüququ var."

Putin həmçinin əlavə edib ki, onlar heç vax "ulduz uşaqlar" olmayıblar.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367540

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR