ABŞ və Kuba iki ölkə arasında sərnişin təyyarələrinin uçuşlarını bərpa edir

ABŞ və Kuba iki ölkə arasında sərnişin təyyarələrinin uçuşlarını bərpa edir
21:07 17 Dekabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ və Kuba rəsmiləri 50 ildən sonra təyyarə uçuşlarının bərpa edilməsinə dair razılığa gəliblər.
"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, iki ölkənin nümayəndə heyəti bir neçə aydır üzərində işlədikləri müqavilənin detalları ilə bağlı razılığın əldə edilməsi məqsədilə bazar ertəsi günündən görüşlər keçirir.
Artıq "American Airlines", "Delta", "United" və "JetBlue" kimi ABŞ-ın bir neçə hava yolları şirkəti Kubaya uçuşları həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər.
Kuba rəsmiləri ABŞ prezidentinin Kubaya səfər edə biləcəyini, lakin Vaşinqtonla daha yaxşı diplomatik əlaqələr müqabilində ölkə daxili məsələləri müzakirə etməyəcəklərini bildiriblər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-ve-kuba-iki-olke-arasinda-sernisin-teyyarelerinin-ucuslari-berpa-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR