İcbari tibbi sığortanın detalları bilindi - VİDEO

İcbari tibbi sığortanın detalları bilindi - VİDEO
21:12 17 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

İcbari sığortanın tətbiqi ilə bağlı dünya ölkələrinin təcrübələri öyrənilir və Azərbaycan üçün ən ideal model hazırlanacaq. Bu barədə "XəzərXəbər"ə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib. O, 2017-ci ildən pilot layihə kimi tətbiq olunacaq icbari sığortanın işləmə mexanizminin detallarını açıqlayıb.

32 min həkim və 56 mindən çox orta tibb işçisi ilə Azərbaycanın səhiyyə sistemi bu gün ölkədə icbari tibbi sığortanın tətbiqinə tam hazırdır.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin sözlərinə görə iki model üzərində iş geditr. Konkret peşə ya da hər hansı bir rayoonda pilot layihənini tətbiqi arasında seçim aparılacaq.

Prosesə ilkin olaraq dövlət tibb müəssisələrindən başlanılacaq. Bu isə onlara ayrılan vəsaitlərin daha səmərəli istifadə edilməsinə şərait yaradacaq. Yəni səhiyyə sistemində maliyyələşmə sahəsində islahatların aparılması ilə vəsaitlərin vətəndaşların tibb müəssisələrinə olan müraciətlərin əsasında ayrılması nəzərdə tutulur. Bu isə sektorda rəqabəti artıracaq.  

Agentlik direktorunun sözlərinə görə, icbari tibbi sığortanın tədbiqi zamanı aztəminatlı ailələr, əlillər, pensiyaçılar, müvəqqəti iş yerini itirənlərə və uşaqlara müəyyən güzəştlərin edilməsi nəzərdə tutulur.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR