Bakıda telefon nömrələri avtomobil nömrəsi oldu - VİDEO

Bakıda telefon nömrələri avtomobil nömrəsi oldu - VİDEO
21:22 17 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Avtomobilə bir tərəfdə dövlət nömrə nişanı, digər tərəfdə isə formasına görə heç də ondan fərqlənməyən mobil telefon nömrələri vurulub. Cəlilabadda yük maşınlarına vurulan nömrələr məlumdur ki, sifariş üçündür. Bəs belə durumları qanunda necə tənzimlənir?

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki,  avtomobilin arxa hissəsində sanki 2 dövlət nömrə nişanı var. Yaxınlaşanda isə görünür biri sürücünün telefon nömrəsidir. Bu görüntülər Cəlilabadın daş bazarındandır. Sifarişlə daş daşıyan yük avtomobillərinin sürücüləri avtomobilin nömrə nişanını yaxınına telefon nömrələrini də yazdırır.

Maraqlıdır ki, əksər sürücüləür bunun qanuni olub olmadığından xəbərsizdir.

Mütəxəssislərin sözlərinə görə,telefon nömrələrinin bu cür yazılması digər sürücülərdə və vətəndaşlarda çaşqınlıq yarada bilər. Həmçinin, avtomatik rejimdə işləyən xüsusi texniki vasitələrin, yəni radar və kameraların protokol tərtib etməsinə də mane ola bilər. Reklam xarakterli olduğu üçün reklam qanunlarını da pozur.

Belə olan halda həmin sürücü məsuliyyətə cəlb olunub 50 manat cərimə oluna bilər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR