Nazir əvəzi gözlənilmədən “Azərpoçt”a gəldi

Nazir əvəzi gözlənilmədən “Azərpoçt”a gəldi
21:52 17 Dekabr 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

Rabitə və yüksək texnologiyalar naziri vəzfəsini icra edən Ramin Quluzadə bu gün qəfidən "Azərpoçt" MMC-yə gəlib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu həmin qurumda işləyən əməkdaşlar məlumat veriblər.

Nazir əvəzi "Azərpoçt"a xəbərdarlıqsız gəlib və qurumun necə işlədiyini yoxlayıb.

Mənbənin məlumatına görə, bu cür qəfil reyd ondan xəbər verir ki, nazirlikdə, necə deyərlər, təmizləmə işi bundan sonra da davam etdiriləcək.

Xatırladaq ki, Azərpoçt" MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev noyabrın əvvəlində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Sonradan onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR