Saçların elektriklənməsi. SƏBƏBLƏR VƏ HƏLLİ

Saçların elektriklənməsi. SƏBƏBLƏR VƏ HƏLLİ
21:52 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Saçların elektriklənməsi ilə bir çox insanlar üzləşir. Xüsusilə bu soyuq fəsillərdə tez-tez baş verir.
Bunun səbəbi istilənmə sistemlərinin təsirindən saçların həddindən artıq quruması, sintetik papaqların taxılması, saçlara düzgün olmayan qulluq ola bilər.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, saçların elektriklənməsi ilə mübarizə aparmaq üçün bizim məsləhətlərimizdən faydalana bilərsiniz:
- Evdə istilənmə sistemi işləyirsə, evin havasını daim nəmləndirin. Bu saçların və dərinin qurumasına mane olacaq.
- Plastik və metal daraqlardan istifadə etməyin, taxta və ya keramik örtüyü olan daraqdan istifadə edin.
- Saçlarınızı yuduqdan sonra mineral su, sirkə (1/2 l suya 2 xörək qaşığı sirkə) və ya limon şirəsi (1/2 l su + 1 limonun şirəsi) əlavə olunmuş su ilə yaxalayın.
- Fendən daha az istifadə edin. Çox isti hava saçları həddindən artıq qurudur ki, nəticədə bu saçların elektrikləməsinə səbəb olur.
- Bir çox müasir fenlərdə ionlaşma funksiyası var. Bu funksiyanın köməyi ilə saçlar itaətli olur, eliktriklənmə xeyli azalır.
- Gün ərzində saçlarınıza mineral su çiləyin. Bunun üçün kiçik pulverizator istifadə edə bilərsiniz.
- Saçınız çox qurudursa, onlara zeytun, gənəgərçək, ayıpəncəsi yağı ilə maskalar edin. Təxminən 3 xörək qaşığı yağ su hamamında qızdırılır və ilıq halda saçlara çəkilir. Saçınızı plyonka, sonra isə dəsmalla bürüyün və 30 dəqiqədən sonra yaxşı yuyun.
- Soyuq fəsillərdə insanlar daha az su içir. Bu isə saçların və dərinin vəziyyətinə mənfi təsir edir. Gün ərzində 1,5 l-dən az olmayaraq təmiz su için.
- Təbii parçalardan (yun, pambıq) olan paltarlara (xüsusilə papaqlara) üstünlük verin.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR