Baş nazir Mourinyoyaya sataşdı

Baş nazir Mourinyoyaya sataşdı
21:52 17 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Baş naziri Devid Kemeron işini itirən hər kəsə görə narahat olduğunu bildirib, lakin ölkədə xeyli sayda vakansiyanın mövcudluğunu xatırladıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu hökumət başçısı jurnalistlərə Joze Mourinyonun "Çelsi"nin baş məşqçisi vəzifəsindən azad edilməsini şərh edərkən deyib.

O, qeyd edib: "Baş nazir kimsə işini itirəndə həmişə məyus olur, lakin diqqətinizə çatdırım ki, Britaniya iqtisadiyyatında 740 min vakansiya var".

Qeyd edək ki, "Çelsi" rəhbərliyi komandanın baş məşqçisi J.Mourinyo ilə yollarını ayırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR