BVF direktoru dələduzluqla bağlı məhkəməyə çıxarılacaq

BVF direktoru dələduzluqla bağlı məhkəməyə çıxarılacaq
22:14 17 Dekabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

Siyasi dələduzluqda əlaqəsi olmaqda şübhəli bilinən Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristian Laqard Fransa məhkəməsi qarşısına çıxarılacaq. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb. Məlumata hələlik rəsmi təsdiq verilməyib.

 

Məlumata görə, Fransada Kristian Laqard barəsində rəsmi istintaq tədbirlərinə başlanılıb. BVF direktoru Kristian Laqard Nikolya Sarkozinin prezidentliyi dövründəki digər hökumət nümayəndələri ilə birlikdə fransalı milyarder Bernar Tapiyə qarşı başlanan prosesə cəlb edilib.   

 

Söhbət  Bernar Tapi və “Lion krediti “ bankı arasında arbitraj çəkişməsinə dair aparılan istintaqdan gedir. Arbitrajın qərarına əsasən,  Bernar Tapiyə  2008-ci ildə dövlət büdcəsindən 400 mln avro məbləğində kompensasiya verilib.    

 

İş üzrə artıq bir neçə yüksək vəzifəli məmur və keçmiş hakim dələduzluqda ittiham olunublar. Beynəlxalq Valyuta Fondunun rəhbəri və Fransanın sabiq iqtisadiyyat naziri Kristian Laqard iş üzrə şahid-müqəssir qismində cəlb edilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR