Qurani-kərimin uzun surəsini yarıda kəsmək olarmı?

Qurani-kərimin uzun surəsini yarıda kəsmək olarmı?
22:17 17 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az islam.az-a istinadən bildirir ki, Qurani-kərimi oxumağın müddəti və həcmi barədə dinimizdə heç bir məhdudiyyət qoyulmayıb. İnsan istədiyi vaxt istədiyi qədər Quran oxuya bilər. Birdəfəyə Quranın bir neçə surəsini də oxumaq olar, cəmi bir ayəsini də. İslamın ilk illərində bəzi səhabələr Quranı üç gecəyə xətm edir, yəni bitirirdilər. Peyğəmbər bu hərəkəti bəyənilməz saysa da (insanı əziyyətə saldığı və başqa işlərdən uzaq qoyduğu üçün), amma qadağan da etməmişdi. Hər hansı Quran surəsini bir neçə dəfəyə oxumaq mümkündür. Əgər adamın bütöv surəni oxumağa vaxtı yoxdursa, hətta əgər vaxtı varsa, amma həvəsi yoxdursa, yarımçıq kəsib başqa bir gündə davam etdirə bilər. Sadəcə olaraq, əgər həmin surəni dünyasını dəyişmiş bir adamın ruhuna hədiyyə niyyəti ilə oxuyursa, hər iki dəfədə eyni niyyət etməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR