On üç şaxtaçı yerin altında diri-diri yandı

On üç şaxtaçı yerin altında diri-diri yandı
22:29 17 Dekabr 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Lyaonin əyalətində dağ-mədən şirkətlərindən birinə məxsus şaxtada baş vermiş yanğın nəticəsində 13 nəfər ölüb, 10 nəfər isə yaralanıb.  APA-nın “Sinhua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin Xuludao şəhərində baş verib.

 

Məlumata görə, yanğın axşam saatlarında  şaxtada aparılan qaynaq işləri zamanı baş verib.

 

Hadisə baş verən zaman şaxtada 23 fəhlə olub. Hadisə yerində əməliyyat qərargahı yaradılıb.  Hazırda yanğın söndürülüb, yaralılar xəstəxanaya yerləşdirilib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225616

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR