Heç vaxt varlı olmayacağınızı göstərən 10 ƏLAMƏT

Heç vaxt varlı olmayacağınızı göstərən 10 ƏLAMƏT
23:05 17 Dekabr 2015
195 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az cazibe.info-ya istinadən bildirir ki, nənbəllik, lazımsız xərclər və ətrafdakı uğursuzlar - sizi varlı olmaqdan uzaqlaşdıran amillərin yalnız bir neçəsidir.

Hərəkətsizlik

Həyat acıdır. Lakin əgər siz bunu dəyişmək üçün heçnə etməsəniz, bu, belə də davam edəcək. Bu səbəbdən bu andan öz gələcəyinizi dəyişə bilən bir işə başlayın.

Ölçü hissinin olmaması

Vaxtında dayanmaq mədəniyyətini öyrənmək o qədər də asan deyil. Bu, xüsusən də pul xərcləməyi sevənlərə aiddir. Əgər siz də bu siyahıya aidsinizsə, o zaman özünüzü ciddi nəzarətə alın. Əks halda, siz heç bir zaman milyonçu ola bilməyəcəksiniz.

Oxumağa tənbəllik

Tənbəllik etməyin və oxuyun. Öyrəndiyinizin nə olacağı vacib deyil, əsas inkişafınız daimi olsun.

Heç nəyə həvəs yoxdur

Siz işləyir və axşamlar yorğun evə qayıdırsınız. Sizin ilk fikriniz divanda uzanıb televizora baxmaqdır? Sizin istirahət etdiyiniz zamanda başqaları daşdan pul çıxardırlar.

Ətrafdakı uğursuzlar

Əgər sizin dostlarınız həyatda heç bir uğur əldə etməyən insanlardırsa, o zaman sizin onların yanında işiniz yoxdur. Evripid deyib: "Mənə dostunu göstər, deyim sən kimsən".

Mal dəyəri bilməmək

İlk dəfə smartfonsuz qalmağınızın səbəbini bilirsinizmi? Bəli bəli, insanlar yalnız nəyisə itirəndən sonra ona dəyər verirlər. Əlinizdə olanları qoruyun və onlara dəyər verin.

Lazımsız xərclər

Ay ərzində siqaret, çayxana, pivəyə xərclədiyinizi hesablayın. Alınan məbləğdən şoka düşəcəksiniz. Bunun yerinə lazımsız xərclərdən imtina edin və yalnız alanda sizə lazım olanı əldə edin.

Pul yığmağa həvəs yoxdur

Növbəti yay gəldi və sizin Maldiv adalarındakı istirahət arzunuz yenə ürəyinizdə qaldı? Hamısı sizin il boyu lazımsız xərclərə yol verməyiniz və pul yığa bilməməyinizdən irəli gəlir.

Düzgün olmayan qənaət

Belə bir deyim var: "Ucuz şey alacağım qədər varlı deyiləm". Bu nə deməkdir? Misal üçün geyim. Pis keyfiyyətə malik olan geyimlər daha tez korlanır və nəticədə, hər mövsüm geyim almaq məcburiyyətində olursunuz. Sizcə qənaət etmək olar?

Vərdiş

Siz artıq kasıbçılığa vərdiş etmisiniz. Sizə nədəsə özünüzə imtina etmək, nəyisə əldə etməyə çalışmaqdan daha asandır. Məhz buna görə sizin həyatınızda heç bir şey dəyişmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR