Zabit Səmədovun yeni döyüş VİDEOsu

Zabit Səmədovun yeni döyüş VİDEOsu
23:12 17 Dekabr 2015
121 İdman
Ölkə mətbuatı
A- A+

Məşhur azərbaycanlı kikboksçu Zabit Səmədov dekabrın 26-da Çeçenistan respublikasının paytaxtı Qroznıda döyüş keçirəcək. "Qroznoy bitı 13" çərçivəsində onun rəqibi polyak idmançı Pol Slavinski olacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə "Kolizey" idman zalında keçiriləcək döyüşlə bağlı videoçarx paylaşılıb.

Azərbaycanlı idmançı üçün döyüşü revanş adlandırmaq olar, belə ki, Səmədov Slavinskiyə 2007-ci ildə Amsterdamda texniki nokautla məğlub olub. 

Bu, Zabitin 85 döyüş keçirdiyi peşəkar kikboksçu karyerasında doqquz məğlubiyyətindən biridir.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR