ABŞ prezidenti milli təhlükəsizlik komandası ilə daha bir görüş keçirib

ABŞ prezidenti milli təhlükəsizlik komandası ilə daha bir görüş keçirib
23:27 17 Dekabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ prezidenti bu gün milli təhlükəsizlik komandası ilə daha bir görüş keçirərək, hökumətin hücumların qarşısını almaq və dövlətin mühafizəsi yollarını müzakirə edib.
"Report"un "Amerikanın səsinə" istinadən verdiyi xəbərə görə, görüşdən sonra Barak Obma bəyanatla çıxış edib.
Prezident deyib ki, bayram mövsümündə Amerikaya qarşı hər hansısa hücum təhlükəsi və təhdidlərə dair heç bir əsas yoxdur. Lakin o, amerikalıları sayıqlığa səsləyib.
Obama bildirib ki, ən böyük prioritet Amerika xalqının təhlükəsizliyinin qorunmasıdır.
ABŞ dövlət başçısı Kaliforniyanın San Bernardino şəhərindəki terror hücumundan sonra amerikalıların müdafiə ediləcəklərində əmin etmək məqsədi ilə bir sıra bəyanatlar verib.
ABŞ prezidenti bazar ertəsi Pentaqonda Milli Təhlükəsizlik Şurasının toplantısına rəhbərlik edib. Müzakirələr Amerikanın İslam Dövlətinə qarşı mübarizə səylərinə həsr edilib.
Barak Obama milli təhlükəsizlik komandası ilə terrorçulara qarşı kampaniyanın gücləndirilməsi və terrorçu "İŞİD" qruplaşmasının məhvi yollarını müzakirə edib.
Görüşdən sonra prezident deyib ki, İŞİD-in Suriya və İraqdakı mövqelərini hədəf alan ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri sürətlə hərəkət edir.
Obama əlavə edib ki, Daxili Təhlükəslizlik Nazirliyi amerikalıların təhlükəsizliyi və sayıqlığı naminə xəbərdarlıq sistemini yeniləşdirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR