Putin qızlarından danışdı

Putin qızlarından danışdı
23:36 17 Dekabr 2015
81 Şou
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada təşkil etdiyi mətbuat konfransında siyasi məsələlərlə yanaşı, şəxsi həyatından da danışıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı qızları ilə fəxr etdiyini deyib:

“Əvvəllər deyirdilər ki, guya qızlarım Rusiyadan kənarda yaşayırlar. İndi isə deyirlər, ölkədədirlər. Mənim qızlarım rus ali məktəblərində təhsil alıblar və mən onlarla fəxr edirəm”.

Putin deyib ki, onun qızları hər hansı biznes və ya siyasətlə məşğul olmur, öz karyeralarını qurmaq yolunda irəliləyirlər:

“Düşünürəm ki, hər bir insan özü öz taleyini qurmalıdır. Qızlarım heç vaxt “ulduz uşaqlar” olmayıblar. Onlar öz həyatlarını yaşayırlar və bunu çox ləyaqətlə edirlər”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42714

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR