Əfv siyahısı artıq yekunlaşır

Əfv siyahısı artıq yekunlaşır
23:42 17 Dekabr 2015
234 Digər
Ölkə mətbuatı
A- A+

Yaxın vaxtlarda məhbusların əfv olunması gözlənilir.

Milli.Az anspress-ə istinadən bildirir ki, hər bayram olduğu kimi, bu il də Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində əfv haqqında fərman imzalayacağı gözlənilir.

Əfv komisiyasının üzvi Azay Quliyev deyir ki, artıq məhbusların müəyyən olunması istiqamətində işlər yekunlaşmaq üzrədir: "Biz hazırladığımız siyahını ölkə başçısına təqdim edəcəyik, sərəmcam vermək isə Prezidentin ixtiyarıdır. O, istəsə, məhbusların azad edilməsi ilə bağlı sərəncam verə də bilər, verməyə də. Amma İlham Əliyev həmişə humanistlik göstərərək, hər bayram bir neçə məhbusları azad edərək, onlara yeni bir şans verir", - deyə qurum üzvi vurğuladı.

Azay Quliyev siyahının məhbusların özü və ya qohumlarının müraciəti əsasında hazırladığını söylədi: "Biz bütün müraciətlərə baxırıq. Əsas kriteriyalar isə, məhbusun həbsxanada olduğu müddətdə özünün aparma davranışı, hansı cinayətdə adının hallandığıdır. Daha çox az ağır, ağır cinayət törədənlərə üstünlük verilir. Bir də əfv olunub, yenidən geri dönən, iki və daha çox cinayət törədənlər və həbsxanadan çıxması ilə zərər verdiyi insanın narahatlığına səbəb olarsa, həmin məhbuslar da çox vaxt siyahıya daxil edilmir", - deyə komissiya üzvi əlavə etdi.

Azay Quliyev onu da qeyd elədi ki, azadlığa çıxacaq insanların hər biri ilə bağlı ciddi araşdırmalar gedir, hətta, komissiyanın üzvləri arasında fikir ayrılığı olarsa, komissiyanın sədri Ramiz Mehdiyev demokratik şəkildə səsvermə keçirir və qərar qəbul olunur. Onun sözlərinə görə, heç bir halda ədalətsizliyə yol verilmir.

Ümumiyyətlə, ölkə başçısı bacardığı qədər hər bayramda məhbuslarla bağlı əfv fərmanı imzalayır. 

Bu zamana kimi İlham Əliyev məhbusların azad olunması ilə haqqında 59 fərman imzalayıb, Milli Məclis amnistiya haqqında 10 akt qəbul edib, nəticədə 467 məhbus azadlığa buraxılıb.

Sonuncu dəfə əfv sərəncamı bu ilin mart ayında - Novruz bayramı ərəfəsində imzalanıb. Sərəncam ümumilikdə 101 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 Gürcüstan vətəndaşı da var.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.

Biz də əfv olunub evə dönəcək məhbuslar və onların ailələri adına sevinirik. Amma Prezidentin də hər bayram atdığı bu humanist addımı həmin məhbuslar dəyərləndirməli, onlara verilən bu şansdan yararlanaraq, vətəninə, xalqına daha faydalı işlər görərərk, bir daha cinayət törətməməlidirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR