Qüvvətləndirən, gəncləşdirən EŞQ ELİKSİRİ

Qüvvətləndirən, gəncləşdirən EŞQ ELİKSİRİ
23:52 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Şabalıdın dəridəki qırışları aparıb üzdəki gəncləşməni təmin edən şabalıdı afrodizyak təsirindən dolayı antik dövrdə "eşq eleksiri" də adlandırıblar. Hələ keçmiş dövrdə insanlar şabalıdı bal batıraraq şirniyyat kimi yeyirmiş.
 
Sağlıq baxımından əhəmiyyətli olan şabalıd həm də tərkibindəki şəkər sayəsində zehni yorğunluğu aparır. 
Milli.Az lent.az-a istinadən şabalıdın faydalarını sadalayır.
 
Şabalıdın tərkibindəki dəmir qansızlığın qarşısını alır, maqnezium və fosfor isə sümük mübadiləsində mühüm rol oynayır. Şabalıdın sakitləşdirici təsiri var və stressin yox edilməsinə yardımçı olur.
 
Mütəxəssislərin dediyinə görə, şabalıdın tərkibindəki C vitamini dişlər, sümüklər üçün mühümdür.
 
Şabalıd beyin üçün faydalıdır, çünki unutqanlığın qarşısını alır.
 
İmmuniteti gücləndirərək, hüceyrələrin yaşlanmasına mane olur.
 
Əvvəllər bir növ çörəyi əvəzləyən şabalıdın tərkibindəki karbohidrat insan sağlamlığında qidalandırıcı rol oynayır. Böyüməkdə olan uşaqların zəka səviyyəsinin inkişafında əhəmiyyəti başqadır. Dəridəki qırışları aparıb, üzdəki gəncləşməni təmin edir və afrodizyak təsiri var.
 
Qan dövranını yaxşılaşdıraraq, varikoz və göbələk xəstəliyinin sağalmasına yardım edir, qansızlığa, yorğunluğa yaxşı təsir edir, qaraciyər yorğunluğunu aparır və mədəni qüvvətləndirir.
 
Qış aylarında manqal və sobada kabab kimi bişirilən şabalıdları yemək çox faydalıdır.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR