Moskvadakı türklər: Bizim günahımız nədir?

Moskvadakı türklər: Bizim günahımız nədir?
00:05 18 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya təyyarəsinin vurulmasından sonra Moskvada Türkiyə səfirliyinin qarşısında etiraz aksiyası keçirilmiş, bina boya və yumurta atəşinə tutulmuşdu.
Moskvada yaşayan türklərin bir çoxu Türkiyə-Suriya sərhədində vurulmuş Su-24 bombardmançı təyyarəsi ilə bağlı Rusiya hakimiyyəti tərəfindən onların üzərinə təzyiqlərin artdığını deyirlər.


Onların dediyinə görə, türk şirkətlərinin üçdə biri bağlanıb, adamlar işlərini itiriblər. Bağlanmayan şirkətlərə isə tez-tez Rusiyanın müxtəlif hakimiyyət strukturlarından nümayəndələr gəlir, Türkiyə vətəndaşları saxlanır, deportasiya edilir, bəziləri isə əllərində vizaları ola-ola sərhəddən buraxılmırlar.
BBC-in Rus xidməti Moskvadakı türk icmasının əhval-ruhiyyəsini öyrənməyə çalışıb. Bəzi biznesmenlər söhbətdən qəti imtina ediblər. Lakin bəzi Moskva türkləri ilə danışmaq hər halda mümkün olub.

Halil Şentürk: "Küçə ilə sakit gedə bilmirəm"

Mən Türkiyə vətəndaşıyam. Burada artıq beş ildir ki, yaşayıram. Həyat yoldaşım rusdur, iki uşağımız var. Təyyarə insidentindən sonra işsiz qalmışam. Mən həmin hadisədən az sonra kiçik oğlumla Türkiyədən qayıdırdım. Hamımızı Vnukovo hava limanında saxladılar. Məni saatyarım sorğu-sualdan sonra buraxdılar. Qalanlarını buraxmadılar. Ertəsi gün isə çalışdığım firma bildirdi ki, bağlanır. Bu bir Türkiyə şirkətidir. Siqnalizasiya sistemlərinin quraşdırılması ilə məşğuldur. Biz birbaşa tikintilərlə işbirliyində idik. İndi bu iş dayanıb.


Böyük tikintilərdə, çoxlu türk işçi var. Hər gün eşidirsən ki, kimisə deportasiya ediblər. Bir şirkətə üç gün dalbadal polis və OMON gəlirdi. Sorğu-sualsız avtobuslara doldurub aparırdılar. Orada onları uzun müddət saxlayırdılar. İndi dostlarımdan bir çoxu yoxlamalarla üzləşməməyin dərdindən gecələr işləyir. Küçə ilə sakit gedə, maşın sürə bilmirəm. Birmirsən ki, qabağına necə bir polis çıxacaq. Bir də gördün ki, "vətənpərvər" polis nəfəri ilə qarşılaşdın. Əgər sürücü qaydanı pozursa, onu cərimə edib buraxırlar, elə deyilmi? Amma indi hər şey başqa cür ola bilər. Adama deyə bilərlər: "Sən Türkiyə vətəndaşısan. Öz prezidentin Erdoğana salam deyərsən, çünki səni deportasiya edirik". Mən belə sözləri artıq çox eşitmişəm. Onların bizim həyatımızı cəhənnəmə döndərmək üçün əllərində əsasları var.
İndi qonşularla salamlaşmağa, adamlarla ünsiyyətdə olmağa cəsarət eləmirəm. Türkiyədən olan dostlar, burda yaşayanlar deyirlər ki, yeni ilə qədər dözəcəklər və əgər vəziyyət dəyişməsə çıxıb gedəcəklər. Türkiyədə bir rusa da toxunmurlar. Orda siyasi problemlər heç kəsi maraqlandırmır. Burda bilmirəm, niyə belədir? Bilmirəm təqsir kimdədir? Türkiyə xəbərlərində deyirlər ki, təyyarə sərhədi pozub, burada deyirlər ki, pozmayıb. Kimin haqlı, kimin haqsız olduğunu bilmirik. Mən sadəcə olaraq rahat yaşamaq və işləmək istəyirəm.

Önder və Svetlana Aydosoğlu: "Biz hakimiyyətlə üzləşməkdən qorxuruq"

Önder: Mən meyvə-tərəvəz təchizatı ilə məşğul olan böyük Rusiya-Azərbaycan firmasında işləyirəm. Soyuducu qurğularla məşğulam. Deyirlər ki, terzliklə bizdə ixtisarlar olacaq. Mal dövriyyəsi yoxdur, yük maşınıarını sərhəddən buraxmırlar. Meyvə-tərəvəzlə məşğul olanların hamısı bu vəziyyətdədir. Dostumla birlikdə soyuducuları quraşdıran firma açmaq istəyirdik. Hər şey hazır idi, amma indi bu mümkün olmayacaq.
Svetlana: Hakimiyyət strukturları ilə üzləşməkdən ehtiyat edirik. Məsələn yol polisi saxlayıb görsə ki, sənədlər türkcədən tərcümə olunub, əlavə suallar ortaya çıxacaq.


Bu kütləvi isterika fonunda psixoloji vəziyyətin gərginləşdirilməsidir. Biz həm burdakı, həm də ordakı qohumlarımızdan narahatıq. Belə vəziyyətdə olmağı düşmənimə də arzu etmərəm. Dəfələrlə olub ki, ərimin iş vizasını uzatmaq istəməyiblər, bir-iki gün vaxt veriblər ki, çıxıb getsin. Ailə parçalanır, axı.
Önder: Mənim iş vizamın vaxtı gələn ilin axırına qədərdir. Ondan sonra nə olacaq, bilmirəm. Siyasət barədə danışmaq çətindir. Düşünürəm ki, hər iki tərəfdə təqsir var. Amma biz sadə insanlar, ailələrimizlə birlikdə işləyir və yaşayırıq. Ümid edirik ki, siyasətdə də tezliklə hər şey öz yerini tutacaq. Ola bilsin, Vladimir Putin və bizim prezident Erdoğan nəhayət dil tapacaqlar.

Burhan və Tatyana Uçaner: "Bizi rahat buraxın!"

Burhan:Mən Türkiyədə pensiyaçıyam, amma Rusiyada iqtisadi məsələlər üzrə məsləhətçiyəm. Bizim gələcək üçün planlarımız vardı, amma indi sanki qarşımızdakı bütün pərdələr bağlanıb. Bu ay mən oturaqlığımı uzatmalıyam, amma Federal Miqrasiya Xidmətində heç bir sorğuya cavab vermirlər. İndi Rusiyada olan Türkiyə şirkətlərinin 75 faizi işi dayandırıb. Mal gəlmir, yük maşınları gömrükdə saxlanır. Bunlar əsasən böyük texnikanın, paltaryuyan maşınların, soyuducuların tamamlayıcı hissələridir. Tikintilərdən türkləri çıxarıblar, indi orda başqaları işləyəcklər. Ukraynadan, Belarusdan çağırırlar.

Tatyana: Əgər ərim indi çıxıb getsə, ailəmiz dağılacaq. Mən burda qalmalıyam. Burda bizim öhdəliklərimiz, bağlanası kredit hesablarımız var. Kişi orda, arvad burda, məgər bu ailədir? Biz indi necə yaşamalıyıq? 20 il bir yerdə olmuşuq. Öz nikahımı küləyə atmalıyam? Nə mən, nə də ərim güllə atmamışıq. Nə siyasətdə olmuşuq, nə də müharibədə. İndi onun Türkiyə vətənsdaşı olan qızı İstanbuldan bizə qonaq gələ bilmir. Viza sorğumuza Federal Miqrasiya Xidməti İdarəsi heç bir cavab vermir.
Burhan: Mən üstündə Rusiya-Türkiyə bayraqları olan döş nişanı gəzdirirəm və bununla fəxr edirəm. Rusları heç vaxt düşmən saymamışam, mənim tanışım ruslar da mənə düşmən gözü ilə baxmayıblar. Getdiyim idman klubunda hamı mənə deyir: "Bizdən gizlənməyin, qorxmayın. Biz bilirik ki, bunu siz etməmisiniz". Bizim Rusiya insanları ilə problemimiz yoxdur. Amma niyə Rusiya dövləti bizə problemlər yaradır? Putin nəsə deyir, Erdoğan ona cavab qaytarır. Odur ki, qoy ikisi gedib bir yerdə bu problemi həll etsinlər. Amma bizi sakit buraxsınlar! Mən gecələr yatmıram. Mənim üçün Türkiyəyə qayıtmaq bir problem deyil. Gec-tez bunu onsuz da etməliyəm. Məni orada dəfn edəcəklər. Amma problem budur ki, arvadımdan ayrılmalı olacağam. 250 min rus-türk qarışıq ailəsi var, onların uşaqları necə olacaqlar?

Dursun Danatcı: "Ümid edirəm ki, prezidentlər danışacaqlar"

Mən artıq 10 ildir ki, Rusiyada işləyirəm. Hər şey normaldır. Tikintidə iş icraçısıyam. Kiçik bir rus şirkətidir. Burda çox söz danışırlar, amma mən qeyri-adi nəsə görmürəm. Həmişə olduğu kimi metro ilə gedirəm, gəzirəm, kafelərdə oluram. Hələlik elə bir şey gözümə dəyməyib. İşdə də adi yoxlamalar olur. Həmişə olduğu kimi. Qonşularımla da münasibətlərim dəyişməyib. Biz Rusiyanı çox sevirik və düşünürəm ki, rusiyalılar da Türkiyəni sevirlər. Əlbəttə, yaranmış vəziyyətdən nigaranam.
Bizim prezidentlərimiz yaxşı dost olublar. Bizimkilər deyirlər ki, xəbərdarlıq etmişdilər. Burda deyirlər ki, etməyiblər. Düşünürəm ki, bütün hallarda təyyarə vurulmamalıydı.


Türkiyəyə gedib-gəlmək barədə hələlik nəsə deyə bilmərəm. Ora münaqişədən sonra getməmişəm. Dostların gedib-gəlirlər. Deyirlər ki, gömrükdə sorğu-sual edirlər, buraxmırlar-filan.
Mənə heç nə lazım deyil. İşləyirəm. İş yoldaşlarımın mənə münasibəti dəyişməyib. Əlbəttə, müzakirə edirik. Onlar da mənim kimi bu fikridədirlər ki, gərək təyyarəni vurmayayadılar, daha bir xəbərdarlıq edəydilər, nazirlər danışaydılar. Ümid edirəm ki, düzələcək. Necə də olmasa, 15 ildir dostluq edirik. Qarışıq ailələr var.

Yunus Arakız: "Ailəmi necə dolandıracağam?"

Mən əslən İstanbuldanam. Rusiya vətəndaşıyam. Moskvada rus-türk teatrı yaratmışam. Biz üçüncü tamaşanı qoymağı planlaşdırırdıq, lakin indi bunu edə bilmirik. Tamaşalar üçün pulu sponsorlar, yəni türk şirkətləri verirdi, indi onlar teatr hayında deyillər. Bundan başqa nasos stansiyaları və kranlar üçün boru armaturların təchizatı ilə məşğulam. İndi isə təchizatçılar zəng edib soruşurlar ki, malı hansı yolla gətirsinlər. Heç hansı yolla! De jure bu mümkündür, amma de facto yük maşınlarını sərhəddən buraxmırlar. Mal yoxdur, deməli, alıcı da yoxdur. Alıcı yoxdursa, deməli maaş da yoxdur. Bəs mən ailəmi necə dolandırmalıyam? Mən bu yükü arvadımın üstünə qoya bilmərəm ki... Biz türklərdə belə şeylər olmur.
Mənim böyük oğlum Türkiyədə yaşayır, kiçiyi Rusiyada. Böyük rusca danışa bilmir, kiçik türkcə. Təsəvvür edirsiniz, doğma qardaş gələcəyin düşməninə çevrilir. Bu təyyarəni vurmamaq, məsələni başqa cür həll etmək lazım idi. Rusiya heç vaxt Türkiyənin üstünə silah qaldırmayıb. Amma indi olan olub, artıq gecdir, nəsə etmək olmur, yazıq təyyarəçi həlak olub. İndi isə Rusiya və Türkiyədəki rus-türk ailələri barədə düşünmək lazımdır.
Rusiyalılar bizi yaxşı başa düşürlər, halımızı soruşurlar, ürək-dirək verirlər ki, hər şey yaxşı olacaq. Amma dövlət də bizi başa düşməlidir. Bizim uşaqlarımız var. Onlar Rusiya vətəndaşıdırlar, burada qalacaqlar. Siyasətçilər birtəhər dil tapmalıdırlar. Mənim xanımım moskvalıdır, biz 12 ildir ki, evliyik. Əgər biz - xanımım və mən, dil tapa biliriksə, Rusiya da Türkiyə ilə dil tapa bilər. Allah eləsin ki, Putin Erdoğanla görüşsün və onlar əl verib salamlaşsınlar.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57

Qəzada növbəti ağır xəsarət

23 Sentyabr 2017 22:49

Masallıda 6 otaqlı ev yandı

23 Sentyabr 2017 22:46

Öz evini qəsdən yandırdı

23 Sentyabr 2017 22:44

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33

Paraşütlə insanların üzərinə düşdü - QƏZA

23 Sentyabr 2017 22:28

Salyanda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb

23 Sentyabr 2017 22:17

Üz quruluşu belə olan şəxslə evlənməyin

23 Sentyabr 2017 22:17

Türkiyə İraqda ordudan istifadəyə dair mandatı uzatdı

23 Sentyabr 2017 22:14

"Roma" Bakıya qələbə ilə gəlir

23 Sentyabr 2017 22:13

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçirilib

23 Sentyabr 2017 22:07

Artur Rasi-zadənin həyat yoldaşı vəfat etdi

23 Sentyabr 2017 22:04

Hacıqabulda avtomobil piyadanı vurub

23 Sentyabr 2017 22:02

Qubada dəhşətli hadisə

23 Sentyabr 2017 22:01

Xudatda QƏTL: 54 yaşlı kişini daşla öldürdü

23 Sentyabr 2017 21:58

Meksikada zəlzələ qurbanlarının sayı 305 nəfərə çatıb

23 Sentyabr 2017 21:52

ABŞ-da silahlı insident

23 Sentyabr 2017 21:31

İngiltərə Premyer Liqası: "Çelsi" "Stok Siti"yə böyük hesabla qalib gəlib

23 Sentyabr 2017 21:27

Məmmədyarov-Nalbandyan görüşü başladı

23 Sentyabr 2017 21:24

KURYOZ: Mühafizəçi oyunu unutdu, telefonla danışa-danışa meydana girdi - VİDEO

23 Sentyabr 2017 21:23