Cəbhə xəttində intensiv atışma gedir (VİDEO)

Cəbhə xəttində intensiv atışma gedir (VİDEO)
00:11 18 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Cəbhə xəttində vəziyyət gərginləşib. Bu dəqiqələrə qədər cəbhə xəttinin Tərtər istiqamətində intensiv atışma müşahidə olunur.

ANS TV-nin Qarabağ bürosunun məlumatına görə, cəbhə xəttində gərginlik bu gün də davam edib. Hazırda Tərtərin Qapanlı kəndi Ermənistan Silahlı Qüvvələri mövqeylərində 200-250 metr məsafədə yerləşir. Kənd sakinlərinin verdikləri son məlumata görə, bu gün saat 20:00 radələrində etibarən atəş səsləri eşidilməyə başlayıb.

Düşmən əsasən minaatanlardan, iriçaplı silahlardan Azərbaycan mövqelərini atəşə tutub. Atəş zamanı kənd sakinləri arasında xəsarət alan olmayıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367556

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR