Türkiyə ilə İsrail əlaqələrin normallaşmasına dair ilkin razılığa gəliblər

Türkiyə ilə İsrail əlaqələrin normallaşmasına dair ilkin razılığa gəliblər
00:12 18 Dekabr 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Türkiyə ilə İsrail rəsmiləri dövlətlərarası əlaqələrin normallaşmasına dair ilkin razılığa gəliblər.
"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, razılaşma diplomatik münasibətlərin bərpasını və səfirlərin paytaxtlara qayıdmasını da nəzərdə tutur.
Sözü gedən razılaşmanın İsveçrədə aparılan danışıqlar çərçivəsində əldə olunduğu bildirilir.
Xatırladaq ki, 31 may 2010-cu il tarixdə Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisi Aralıq dənizinin beynəlxalq sularında İsrail hərbçilərinin hücumuna məruz qalmışdı, baş vermiş insidentdə 9 günahsız insan öldürülmüşdü. Bu hadisədən sonra iki ölkə arasında münasibətlər gərginləşmişdi.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-ile-i-srail-elaqelerin-normallasmasina-dair-ilkin-raziliga-gelibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR