Saatlı polisi dərman peraparatlarını oğurlayan rayon sakinini saxlayıb

Saatlı polisi dərman peraparatlarını oğurlayan rayon sakinini saxlayıb
00:52 18 Dekabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT. AZ / Gözətçi işləyən Saatlı rayon sakini ona əmanət olunan malları oğurlayıb.
"Report" xəbər verir ki, oğurluq hadisəsi Saatlı şəhərində fəaliyyət göstərən "CTS-aqro" MMC-də qeydə alınıb. Belə ki, "CTS aqro" MMC-nin anbarından xeyli miqdarda ziyanverici həşəratalara qarşı istifadə olunan dərmanların oğurlandığı barədə polisə məlumat verilib.
Dərhal rayon polisi hərəkətə keçib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin şəxsiyyəti müəyyənləşdirilərək saxlanılıb. Məlum olub ki, bu, həmin cəmiyyətdə 10 il gözətçi işləyən Saatlı sakini Mirşaiq Baba oğlu Həşimovdur.
İlkin dindirilmə zamanı məlum olub ki, iş növbəsində olan Mirşaiq Həşimov anbarın açarını ələ keçirərək oradan 6500 manat dəyərində dərman peraparatlarını oğurlayaraq öz maşını ilə aradan çıxıb.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR