Əsgər Abdullayev: "Öz futbolçularıma qarşı əsəbi idim"

"Neftçi" - AZAL oyunundan sonra ev sahiblərinin baş məşqçisi Əsgər Abdullayevin mətbuat konfransı keçirilib.

Təcrübəli mütəxəssis komandasındakı futbolçulara qarşı əsəbi olduğunu bildirib:

"Həmişə futbolçulara demişəm ki, komandaları reytinqlərə bölmək lazım deyil. Əsas işimiz oyuna köklənmək olmalıdır. Amma görünür ki, biz hələ bunun üzərində işləməliyik. AZAL komandasını qələbə münasibəti ilə təbrik edirəm. Bu komandanın öz oyun üslübu var. Bu rəqibin ünvanına “küçə komandası” kimin dediyini bilmirəm. Küçə komandasının Premyer Liqada nə işi var? 

Mənim Tərlan Əhmədovdan incikliyim yoxdur, ona əl uzatdım. Öz futbolçularıma qarşı əsəbi idim. Özümü çox pis hiss edirdim, dərman qəbul etməli idim. Vəziyyəti başqa dona salmaq lazım deyil".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR