Yunis Hüseynov: "Komandamın çıxışından razı deyiləm"

"Xəzər Lənkəran" - "Kəpəz" matçından sonra ev sahiblərinin baş məşqçisi Yunis Hüseynovun mətbuat konfransı keçirilib.

Hüseynov komandasının oyunundan razı qalmadığını bildirib:

"Qalib gəlmək istəyirdik. Təəssüf ki, fərdi səhvdən qol buraxdıq. “Kəpəz” layiq olduğu qələbəni qazandı, öz komandamın çıxışımızdan razı deyiləm. Qış fasiləsinə qədər cəmi 1 oyunumuz qalıb. “İnter”lə oyuna qədər zədəli futbolçuların sıraya dönməsini təmin etməliyik ki, meydançaya 11 oyunçu buraxaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR