Bu dəfə makiyajsız fotosu ilə heyrətləndirdi

Bu dəfə makiyajsız fotosu ilə heyrətləndirdi
02:06 18 Dekabr 2015
75 Şou
Ölkə mətbuatı
A- A+

Meksikalı aktrisa Salma Hayek yenidən hər kəsi təəccübləndirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 49 yaşlı aktrisa bu dəfə sinə dekolteli libası ilə deyil, makiyajsız fotosu ilə gündəmə çevrilib. Çəkdirdiyi fotosunu İnstaqram səhifəsində paylaşan Salma izləyiciləri özünə heyran qoyub. S.Hayek fotosuna “Yağlı saçlar, sıfır makiyaj, retuşlar, filtrlər və mütləq rahatlıq” sözlərini yazıb.

Qeyd edək ki, 49 yaşlı aktrisa yaşından olduqca gənc görünüb. Salma müsahibələrinin birində bəzi Hollivud ulduzları kimi yaşı 40-ı adlayandan sonra heç bir plastik əməliyyat etdirmədiyini deyib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42719

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR