Daha 17 məhbus Quantanamodan köçürüləcək

Daha 17 məhbus Quantanamodan köçürüləcək
02:17 18 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Kubada yerləşən ABŞ-a məxsus Quantanamo həbsxanasında saxlanan 17 məhbus Birləşmiş digər ölkələrə veriləcək. "Report"un "TASS" agentliyinə istinadən verdiyi məlumatına görə, ABŞ Müdafiə Nazirliyi qərara dəstək verib.
Pentaqon rəhbəri Eşton Karter ABŞ Konqresinin məsələ ilə bağlı məlumatlandırıb.
Məhbusların köçürülməsi Kubada yerləşən sözügedən mübahisəli obyektin bağlanmasının tərkib hissəsidir. Bu transferdən sonra Quantanamo istintaq təcridxanasında 90 məhbus qalacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/daha-17-mehbus-quantanamodan-kocurulecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR