Şəmkirdə “Məktəbli kuboku” yarışlarına start verilib

03:33 18 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
AFFA-nın və “Coca-Cola” şirkətinin dəstəyi, Şəmkir rayon təhsil şöbəsinin, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “Məktəbli kuboku” turnirinin 2015-2016-cı il mövsümünə start verilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Emin İsmayılov Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında futbolun inkişafına dair 2005-2015-ci illərdə Dövlət Proqramı”na müvafiq olaraq təşkil olunan belə yarışların ölkəmizdə idmanın bu növünün inkişafına təkan verdiyini bildirib.
Rayon təhsil şöbəsinin məsul əməkdaşı Südabə Vəliyeva turnir barədə məlumat verib.
Digər çıxışlarda da gənclər üçün yaradılmış şəraitə görə təşkilatçılara minnətdarlıq bildirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Semkirde_Mektebli_kuboku_yarislarina_start_verilib-912265

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR