Britaniyanın Baş naziri Mourinyo`nun “Celsi” klubunu tərk etməsini şərh edib

Britaniyanın Baş naziri Mourinyo`nun “Celsi” klubunu tərk etməsini şərh edib
04:02 18 Dekabr 2015
46 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Devid Kemeron portuqaliyalı Joze Mourinyonun “Celsi” futbol klubunun baş məşqçisi postunu tərk etməsinə münasibət bildirib.
"Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, Kemeron qeyd edib ki, Britaniya iqtisadiyyatında yüzminlərlə yeni iş vakansiyası mövcuddur.
O, qeyd edib kimsə işini itirəndə hökümət başçısı hər zaman məyus olur. "Lakin qeyd etməliyəm ki, Böyük Britaniya iqtisadiyyatında 740 min vakansiya var", - deyə Kemeron vurğulayıb.
Xatırladaq ki, 2013-cü ilin yayında “Çelsi”yə qayıdan Joze Mourinyo komanda ilə 4 illik müqavilə bağlamışdı. İlk mövsümdə klub İngiltərə çempionatında 52 yaşlı mütəxəssisin rəhbərliyi ilə üçüncü yeri tutmuş, ötən mövsümdə ölkə çempionu olmuşdu. Ümumilikdə isə Mourinyonun rəhbərliyi ilə London klubu üç dəfə çempion kürsüsünə qalxıb.
Amma bu mövsümdə “Çelsi”nin tarixində ən pis göstərici qeydə alınıb. Doqquz oyunda məğlubiyyətə uğrayan londonlular 16 turdan sonra 15 xalla turnir cədvəlində 16-cı yeri tuturlar. Klubu təhlükəli zonadan cəmi bir xal ayırır.

Xəbərin orijinal ünvanı: http://report.az/idman/britaniyanin-bas-naziri-mourinyo-nun-celsi-klubunu-terk-etmesini-serh-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR