“Çelsi”inin yeni baş məşqçisi məlum oldu

“Çelsi”inin yeni baş məşqçisi məlum oldu
04:44 18 Dekabr 2015
59 İdman
Ölkə mətbuatı
A- A+

Joze Mourinyonun istefasından sonra “Çelsi”nin baş məşqçisiz günləri çox çəkməyəcək. Apasport.az saytının “The Telegraph”a istinadən məlumatına görə, komandanın vakant postu Quus Hiddinqə tapşırılıb.

 

Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. İngilis həmkarlarımız iddia edir ki, Hiddinq artıq sabahdan yeni iş yerində ilk məşqinə çıxacaq və “Sanderlend”lə oyunda komandasının başında olacaq. Digər bir məlumatda isə bildirilir ki, hollandiyalı mütəxəssisə bu postda “zadəganlar”ın keçmiş futbolçusu Didiye Droqba kömək edəcək.

 

Qeyd edək ki, 69 yaşlı mütəxəssis daha əvvəl 2008/2009 mövsümündə də londonluların baş məşqçisi olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR