Merkel: "Türkiyəyə 3 milyard avronun ödənilməsi ilə bağlı mexanizm hazırlanmalır"

Merkel: "Türkiyəyə 3 milyard avronun ödənilməsi ilə bağlı mexanizm hazırlanmalır"
05:32 18 Dekabr 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Almaniyanın kansleri Angela Merkel hesab edir ki, Avropa İttifaqı (Aİ) suriyalı mühacirlərin Türkiyə ərazisində qalmasına şərait yaradacaq layihələrin icrasına yönələcək vəsaiti qısa müddət ərzində Ankaraya köçürməlidir.
"Report"un "TASS" agentliyinə istinadən xəbər verir ki, Brusseldə keçirilən Aİ liderləri sammitinin ilk iş gününün yekununa həsr olunan mətbuat konfransında çıxış edən Merkel qeyd edib ki, Ankaraya vəsaitin ödənilməsi ilə bağlı mexanizm hazırlanmalır.
Almaniyanın kansleri "Türkiyə mühacir böhranının həlli ilə bağlı məsuliyyəti dərk edir" deyə bildirib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/merkel-turkiyeye-3-milyard-avronun-odenilmesi-ile-bagli-mexanizm-hazirlanmalir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR