ABŞ-ın dövlət katibi Liviya böhranına dair sazişi yüksək qiymətləndirib

ABŞ-ın dövlət katibi Liviya böhranına dair sazişi yüksək qiymətləndirib
07:07 18 Dekabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri Liviyadaki münaqişə tərəfləri arasında əldə olunan böhranın dinc yolla nizamlanması və milli birlik hökumətinin yaradılmasına dair yekun sazişi yüksək qiymətləndirib.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Mərakeşin Sxerat şəhərində imzalanan sənədə Ümummilli Konqres və Liviya parlamentinin nümayəndələri dəstək veriblər.
Liviya sakinlərinə səslənən Kerri, "Cəsur siyasətçiləri alqışlayıram. Hər bir liviyalı bu yekun sazişi dəstəkləməli və milli birliyin əldə olunmasına tövhə verilməlidir" deyə vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-dovlet-katibi-liviya-bohranina-dair-sazisi-yuksek-qiymetlendirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR