Manatın dəyərini qorumaq istəyiriksə...

Manatın dəyərini qorumaq istəyiriksə...
07:27 18 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Neftin qiyməti nə qədər ki aşağıdır, dollar möhkəmlənməkdə davam edəcək.

Bunu iqtisadçı ekspert Pərviz Heydərov Milli.Az-a neftin dünya bazarlarındakı qiymətinin düşməsi tendensiyası ilə bağlı vəziyyəti şərh edərkən deyib.

İqtisadçının sözlərinə görə, ABŞ-ın mərkəzi bankı sayılan Federal Ehtiyat Sisteminin (FES) baza faiz dərəcəsini 0,25 % artırması ABŞ-ın özündən çox kənarında rezonans yaradıb. Bu da təbiidir, o mənada ki, dolların daha da bahalaşağı ehtimalı ortaya çıxıb ki, bu da digər ölkələrin valyutaları üçün gərginlik vəd edir: "Xatırladaq ki, FES tərəfindən qəbul edilən qərar 2006-cı ildən sonra qəbul elmiş ilk analoji qərardır. Əvvəlki qərardan sonra ABŞ-da başlanan ipoteka böhranı nəticəsində qlobal iqtisadi və maliyyə böhranı (2008-2009) ortaya çıxdığından sözügedən faiz dərəcəsi minimumadək - 0-0,25 %-dək azaldılmışdı. Lakin qeyd olunan böhran artıq arxada qalxdığından, üstəlik ABŞ iqtisadiyyatında əhəmiyyətli irəliləyişlər əldə olunmağa başlandığından FES-in uçot dərəcəsinə yenidən baxması üçün zərurət yaranmışdı.

Yeri gəlmişkən, ABŞ kimi bir ölkədə işsizlik noyabr ayı ərzində minimuma enib. İnflyasiya amili qənaətbəxş səviyyədə inkişaf etməyə başlayıb. O cümlədən iqtisadi artım tempi də 3 %-dən az təşkil etməyib. Qısası, ABŞ mərkəzi bankı tərəfindən baza faiz dərəcəsinin artırılmaması üçün ortada heç bir əsas qalmamışdı. Üstəlik, artıq neçənci dəfə idi ki, adıçəkilən qurumun hər iclası ərəfəsində baza faiz dərəcəsinin artırılacağı haqda anons da verilmişdi. Bu isə onun real olaraq həyata keçirilməsindən daha çox mənfi təsirlər yaratmasına gətirib çıxarırdı. Odur ki, FES, nəhayət ki, bu addımı atacaqdı".

Ekspert bunun mənfi təsirlərinə də aydınlıq gətirib: "ABŞ valyutası, onsuz da, möhkəm idi və daha da möhkəmlənməkdə davam edirdi. İkincisi, artım cəmi 0,25 faizdir. Üçüncüsü də ki, dünya neft bazarlarında neftin qiyməti nə qədər ki aşağıdır, dollar, onsuz da, bir o qədər möhkəmlənməkdə davam edəcəkdir".

Lakin P.Heydərov hesab edir ki, bütün bu söylənilənlər nöqteyi-nəzərindən FES-in qərarını əslində, alqışlamaq lazımdır: "Belə ki, bir var ki, atılacaq addımın "xofu" və psixoloji təsiri ola, bir də var ki, ortada artıq, konkret olaraq atılmış addım ola. Bu mənada, bazarlara psixoloji təsir cəhdləri aradan qalxdı. Odur ki, bunun müqabilində ciddi nəsə baş verəcəyini gözləməyə dəyməz. Əksinə, hesab edirəm ki, bu, neftin qiyməti ilə bağlı tendensiyalar üçün də zəruri və vacib təsir əhəmiyyəti daşıyacaq".

İqtisadçının fikrincə, Azərbaycan manatın dəyərini qoruyub saxlamaq istəyirsə, onun neftə bağlılığından yaxa qutarmasına nail olmalıdır: "Ölkəyə təkcə neftdən deyil, digər növ məhsul və xiidmətlərin satışından da xarici valyutaların axışına müvəffəq olmalıyıq. Dollar bütün dünyada möhkəmlənir - bu, özünü təkcə, bizim bazara daxil olduqdan sonra göstərmir. Ona görə də çalışmalıyıq ki, daha çox qazanaq - ölkəyə gələn gəlirlərin həcmini artıraq. Hansı ölkənin ki, dünya bazarlarına çıxartmağa çox növ məhsulu var, FES-in qərarı, əslində, həmin ölkələr üçün geniş meydan açacaq..."

İlkin İzzət

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57

Qəzada növbəti ağır xəsarət

23 Sentyabr 2017 22:49

Masallıda 6 otaqlı ev yandı

23 Sentyabr 2017 22:46

Öz evini qəsdən yandırdı

23 Sentyabr 2017 22:44

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33

Paraşütlə insanların üzərinə düşdü - QƏZA

23 Sentyabr 2017 22:28

Salyanda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb

23 Sentyabr 2017 22:17

Üz quruluşu belə olan şəxslə evlənməyin

23 Sentyabr 2017 22:17

Türkiyə İraqda ordudan istifadəyə dair mandatı uzatdı

23 Sentyabr 2017 22:14

"Roma" Bakıya qələbə ilə gəlir

23 Sentyabr 2017 22:13

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçirilib

23 Sentyabr 2017 22:07

Artur Rasi-zadənin həyat yoldaşı vəfat etdi

23 Sentyabr 2017 22:04

Hacıqabulda avtomobil piyadanı vurub

23 Sentyabr 2017 22:02

Qubada dəhşətli hadisə

23 Sentyabr 2017 22:01

Xudatda QƏTL: 54 yaşlı kişini daşla öldürdü

23 Sentyabr 2017 21:58

Meksikada zəlzələ qurbanlarının sayı 305 nəfərə çatıb

23 Sentyabr 2017 21:52

ABŞ-da silahlı insident

23 Sentyabr 2017 21:31

İngiltərə Premyer Liqası: "Çelsi" "Stok Siti"yə böyük hesabla qalib gəlib

23 Sentyabr 2017 21:27

Məmmədyarov-Nalbandyan görüşü başladı

23 Sentyabr 2017 21:24

KURYOZ: Mühafizəçi oyunu unutdu, telefonla danışa-danışa meydana girdi - VİDEO

23 Sentyabr 2017 21:23

Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

23 Sentyabr 2017 21:22

Bakıda 3 otaqlı evdə yanğın olub

23 Sentyabr 2017 21:20

Zəlzələ nəticəsində ölənlərin sayı 295-ə yüksəlib

23 Sentyabr 2017 21:08

BELƏSİ OLMAMIŞDI: 5 yaşlı uşaq maşını qaçırdı və qəza törətdi

23 Sentyabr 2017 21:03

59 yaşlı aşpaz 16 yaşlı qıza təcavüz etdi

23 Sentyabr 2017 20:52

Mətbuat Şurası mitinqdə monitorinq apardı

23 Sentyabr 2017 20:48

ABŞ-da iki polis zabiti güllələnib

23 Sentyabr 2017 20:47

DİQQƏT: bu qidalar kişilərdə sonsuzluğa səbəb olur

23 Sentyabr 2017 20:41

Daşla həmyerlisini öldürdü

23 Sentyabr 2017 20:39

DİN-in əməkdaşları mükafatlandırıldı

23 Sentyabr 2017 20:33

"Qarabağ"ın rəqibi futbol üzrə İtaliya A Seriyasının VI tur matçında qələbə qazanıb

23 Sentyabr 2017 20:32