“Gənc biznesmenlərin maraq klubu” layihəsinə başlanılıb

07:28 18 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) “Gənc biznesmenlərin maraq klubu” adlı yeni layihəyə start verib.
AGAT-dan AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi gənclər arasında biznes ünsiyyətini artırmaqdır.
Tədbirin ilk günündə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və biznes qurumlarının nümayəndələri, AGAT-ın və Etika Akademiyasının rəhbərliyi iştirak edib.
Tədbirdə fondun imkanlarından gənclərin daha çox istifadə etmələrinin vacibliyi vurğulanıb, onun qaydaları barədə məlumat verilib, mövzu ilə bağlı təlim keçilib. 15 gün davam edəcək layihə çərçivəsində 60-a yaxın gənc iş adamı Böyük Britaniyanın ən son proqramları ilə tanış olub, alimlərin son ixtiralarını öz işlərində tətbiq edəcəklər. Onlara yeni biznes biliklərin artırılması, uğurlu danışıqlar aparmaq və biznesin inkişafı ilə bağlı mütəxəssislər tərəfindən təlimlər keçiriləcək.
Layihə üç hissədən ibarətdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_biznesmenlerin_maraq_klubu_layihesine_baslanilib-912267

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR