ABŞ-ın İstanbuldakı konsulluğuna hücum planlaşdıran 11şəxs saxlanılıb

ABŞ-ın İstanbuldakı konsulluğuna hücum planlaşdıran 11şəxs saxlanılıb
07:37 18 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın İstanbuldakı konsulluğuna hücum hazırlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıb. APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, ötən gün axşam saatlarında saxta pasportlarla saxlanılan suriyalıların İŞİD terror qruplaşmasının üzvləri olduğu ehtimal edilir. İki gün əvvəl qeyd olunan iş üzrə bir nəfərin - Suriya vətəndaşı Məhəmməd Rahil əl Hardaninin saxlanılması barədə məlumat verilmişdi.

Qeyd edək ki, keçən həftə Mərkəzi Kəşfiyyat İdarəsi və Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MIT)  İŞİD silahlılarının ABŞ-ın Türkiyədəki mühüm obyektlərinə - səfirlik, konsulluq və hərbi bazalarına hücum törətməyi planlaşdırdığını bildiriblər.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR