Ukraynanın Daxili işlər naziri Saakaşvilini məhkəməyə verib

Ukraynanın Daxili işlər naziri Saakaşvilini məhkəməyə verib
08:17 18 Dekabr 2015
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Ukraynanın Daxili işlər naziri Arsen Avakov Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini məhkəməyə verib.
"Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, onun ünvanına korrupsiya ittihamı səsləndirən "cənab Saakaşvilini" məhkəməyə verib.
"Bildiyimə görə, baş nazir Arseniy Yatsenyuk da məhkəməyə müraciət etmək niyyətindədir", - deyə A.Avakov əlavə edib.
Xatırladaq ki, bir neçə gün əvvlə keçirilən müşavirədə iki siyasətçi arasında münaqişə baş verib. Məmurlar bir-birini təhqir edib və "korrupsioner" adlandırıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR