Rusiyalı məşhurla azərbaycanlı müğənninin toy tarixi bəlli oldu - FOTO

Rusiyalı məşhurla azərbaycanlı müğənninin toy tarixi bəlli oldu - FOTO
08:32 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

44 yaşlı rusiyalı soprano Anna Netrebko ilə 38 yaşlı azərbaycanlı tenor Yusif Eyvazovun toy tarixi bəlli olub. 

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cütlük dekabrın 29-da toy edəcək. Mərasim Vyanada təşkil olunacaq. Məclisə 200-dən çox qonaq dəvət edilib. Onların arasında Filipp Kirkorov, İqor Krutoy, Plasido Dominqo, Valeriy Qerqiyev kimi tanınmışlar da var. 

Hazırda Anna gəlinlik libasını hazırladır. Opera ifaçısının toy libasını rus dizayner İrina Vityaz tikir. 

Anna Netrebko Kembric hersoginyası Keyt Midltonun tacına oxşar tac taxacaq. Bu aksesuarı ona "Chopard" brendi məxsusi olaraq hazırlayır.
 
Qeyd edək ki, bu, Yusif Eyvazovun ilk, Anna Netrebkonun isə ikinci evliliyidir. Annanın ilk nikahından bir oğlu da var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR