Lənkəranda antirekord

Lənkəranda antirekord
09:07 18 Dekabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

Lənkəranda cari mövsüsün antirekordu qeydə alınıb. Fanat.az хəbər verir ki, Premyer Liqanın XVII turunda 2015/16 mövsümünün ən az azarkeş marağına səbəb olan qarşılaşma baş tutub.

Belə ki, "Xəzər Lənkəran" - "Kəpəz" (0:1) matçını cəmi 600 nəfər izləyib. Bu isə cari mövsümün antirekordu hesab oluna bilər. Belə ki, bundan əvvəl ən az azarkeş X turun "Sumqayıt"la oyununa təsadüf etmişdi ki, həmin matçda da "Fırtınalar meydanı"na indikindən iki dəfə artıq azarkeş toplaşmışdı - 1200 nəfər.

Qeyd edək ki, cari mövsümdə Lənkəran şəhər stadionunda ən çoх azarkeş VI turun "Zirə" ilə oyununda olub - 9700 nəfər. "Xəzər Lənkəran"ın 9 ev oyununu ümumilikdə 48200 nəfər izləyib ki, bu da hər matça orta hesabla 5355 tamaşaçının toplaşması deməkdi.

Oyun

Azarkeş

1

Xəzər Lənkəran - İnter

7000

2

Xəzər Lənkəran - Rəvan

9500

3

Xəzər Lənkəran - Zirə

9700

4

Xəzər Lənkəran - AZAL

5000

5

Xəzər Lənkəran - Sumqayıt

1200

6

Xəzər Lənkəran - Qarabağ

4700

7

Xəzər Lənkəran - Neftçi

9000

8

Xəzər Lənkəran - Qəbələ

1500

9

Xəzər Lənkəran - Kəpəz

600


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-lnkranda-antirekord-t46227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR