"Facebook"un yeni xidməti yaşadığınız ərazidəki bəzi peşə sahiblərini daha asan tapmağa kömək edəcək.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Facebook" yaxınlığınızdakı elektrikçi, psixoloqları tapmağa kömək edən yeni proqram - "Services"-i təqdim edib.
Ən yaxşı xidmətlər adı ilə təqdim olunan proqramda bir çox sektora aid şirkətlər yer alır.
Qeyd edək ki, "xəritə" bölməsindən sizə daha yaxın olan məkanları seçmək mümkündür.
Milli.Az