Bu dayə çoxlarından yüksək maaş alır - FOTO

Bu dayə çoxlarından yüksək maaş alır - FOTO
09:42 18 Dekabr 2015
162 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ötən ay Serkan Uçardan boşanan məşhur aparıcı Ece Erken oğlu Eymenə baxmaq üçün işə götürdüyü dayə ilə gündəmə gəlib. 

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, anası yaşlı olduğu üçün və özünün yaxın günlərdə işə başlayacağını söyləyən aparıcı oğlunu filippinli gənc dayəyə əmanət edib. Aparıcı yeni işə başlayan dayəyə aylıq 5 min lirə maaş verməyi qəbul edib. Sosial mediadan dayənin fotosunu paylaşan aparıcı "Nə üçün daha münasib qiymətlərə çalışan türk dayəyə üstünlük vermədiniz?" sualını verən izləyicilərə belə cavab verib:

"Çünki filippinli dayə sayəsində oğlum kiçik yaşdan etibarən ingilis dili öyrənəcək".

Qeyd edək ki, 5 min lirəyə işləyən filippinli dayələrə üstünlük verən məşhur adlar arasında Hande Ataizi, Emina-Mustafa Sandal, Tuba Büyüküstün və Şeyda Coşqun da var.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR