İş görülərkən qaz (neft) kəmərlərini zədələyənlər böyük məbləğdə cərimələnəcək

10:02 18 Dekabr 2015
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Məcəllə layihəsinin 358-ci maddəsinə əsasən, iş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 300, hüquqi şəxslər isə 1 000 manat məbləğində cərimə ediləcəklər.
Xatırladaq ki, hazırda qüvvədə olan Məcəllənin 167-ci maddəsinə əsasən, qanunu pozan fiziki şəxslər 35 manatdan 40 manatadək, vəzifəli şəxslər 60 manatdan 80 manatadək, hüquqi şəxslər isə 90 manatdan 150 manatadək miqdarda cərimə edilir.
Qeyd edək ki, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hazırda layihə formasındadır. Bu layihə qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək. İnzibati Xətalar Məcəlləsinin layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/i-s-gorulerken-qaz-neft-kemerlerini-zedeleyenler-boyuk-meblegde-cerime

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR