Yumor ustası Fərda Xudaverdiyev yenidən aparıcı kimi efirə qayıdır.
Axşam.az-ın məlumatına görə, aktyorun “Top kimi şou”su yeni ildən yayıma başlayacaq.
F.Xudaverdiyev bu haqda sosial şəbəkədə yazıb. O, verilişin yeni bölümlərinin çəkilişlərinin başladığını bildirib.
Qeyd edək ki, “Top kimi şou” ötən mövsüm ATV-də yayımlanırdı.