13 rayon qazsız qalıb. Nə olacaq?

13 rayon qazsız qalıb. Nə olacaq?
10:27 18 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Qaz xəttində sızma səbəbindən ölkənin cənub bölgəsində 13 rayon qazsız qalıb.

Hacıqabul-Astara qaz kəmərindən qidalanan Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lerik, Yardımlı rayonlarının və Lənkəran şəhərinin qaz təchizatı dekabrın 17-də günorta saatlarında dayandırılıb.

Milli.Az-ın "Azəriqaz" İB-dəki mənbələrdən əldə etdiyi məlumata görə, 13 rayonunun qaz təchizatının dayandırılmasına səbəb Hacıqabul-Astara magistral qaz xəttinin Biləsuvar rayonundan keçən hissəsində baş verən texniki qəza, nəticədə yaranan güclü qaz sızması olub.

"Azəriqaz" İB-nin cənub bölgələrindəki qaz idarələrindən birindən Milli.Az-a bildiriblər ki, artıq 2 gündür ki, qəza baş vermiş magistral qaz xəttində fasiləsiz təmir işləri aparılır. Təmir işlərinin bu günün sonunadək başa çatdırılması və qazsız qalmış 13 rayonun qaz təchizatının bərpa olunması gözlənilir.

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR