Dövlət Sərhəd Xidmətinin əsgəri silahdan açılan təsadüfi atəş nəticəsində dünyasını dəyişib

Dövlət Sərhəd Xidmətinin əsgəri silahdan açılan təsadüfi atəş nəticəsində dünyasını dəyişib
10:57 18 Dekabr 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri silahdan açılan təsadüfi atəş nəticəsində dünyasını dəyişib. DSX-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hadisə Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonu ərazisindəki sərhəd zastavasında baş verib.
Məlumata görə, əsgər Elnur Şövkət oğlu Yusifov 2015-ci ilin dekabrın 16-da saat 15:45 radələrində sərhəd xidmətində olarkən silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ona təhkim olunan avtomat silahdan açılan təsadüfi atəş nəticəsində dünyasını dəyişib. 
Qeyd edək ki, E.Yusifov 2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Fakt üzrə DSX və Respublika Hərbi Prokuror­luğu tərəfindən birgə araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR