“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletləri dekabrın 19-dan satışa çıxarılacaq

“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletləri dekabrın 19-dan satışa çıxarılacaq
10:58 18 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, Səxavət Quliyev, AZƏRTAC
“Bakı Şəhər Halqası” şirkəti gələn il Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletlərini dekabrın 19-dan etibarən satışa çıxaracaq. Biletləri www.bakucitycircult.com saytı vasitəsilə onlayn qaydada almaq mümkün olacaq. Bilet satışına Dənizkənarı Milli Parkda start veriləcək və “Son 6 ay” tədbiri ilə eyni vaxta təsadüf edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Formula-1” Avropa Qran-pri yarışları ilə əlaqədar dekabrın 18-də keçirilən mətbuat konfransında məlumat verilib.
Mətbuat konfransında çıxış edən gənclər və idman naziri Azad Rəhimov “Formula-1” Avropa Qran-pri yarışları barədə təəssüratlarını bölüşərək deyib: “Bu, dünyanın ən böyük idman turnirlərindən olan “Formula-1”in Bakıya gəlişi prosesində ən vacib addımlardan biridir. Əminəm ki, yarış yüksək səviyyədə keçiriləcək. İdmansevərləri Bakıdakı Avropa Qran-pri yarışlarına baxmağa səsləyirəm”.
Mətbuat konfransından sonra “Bakı Şəhər Halqası” şirkətinin kommersiya üzrə direktoru Bülənt Özərdim bildirib ki, “Formula-1”in Azərbaycanda keçirilməsi çox önəmlidir. Bilet satışına başladığımız üçün çox sevincliyik. Gələn yay bizə qoşulmaq arzusunda olan azarkeşlərə bilet almağa tələsməyi tövsiyə edirəm.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Formula_1_uzre_Avropa_Qran_pri_yarislarinin_biletleri_dekabrin_19_dan_satisa_chixarilacaq-912287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR