Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov azadlığa buraxılıb

12:42 30 Dekabr 2014
81 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 12:38 ]

Bakı. Hafiz Heydərov - APA. Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun barəsində seçilmiş həbs qərarı dəyişdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsindən APA-ya verilən məlumata görə, bu gün hakim Əhməd Quliyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 308.2. (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2. (. Mənimsəmə və ya israf etmə (külli miqdarda törədildikdə)) maddələri ilə təqsirləndirilən Elçin Xəlilovun işi üzrə hazırlıq iclası keçirilib. Hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili E. Xəlilovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət verib. Məhkəmə vəsatəti təmin edib və E. Xəlilov məhkəmə zalından azadlığa buraxılıb.

 

Məhkəmə baxışı yanvarın 8-ə təyin edilib.

 

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib. Müəyyən olunmuş qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2. və 341.1. (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ( Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda) maddələri ilə cinayət işi başlanıb və Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb.

 

Hazırda həmin cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR