® Məhsul alarkən aldanmamaq üçün nə etmək lazımdır?

®  Məhsul alarkən aldanmamaq üçün nə etmək lazımdır?
11:04 18 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

 
Hər birimiz gün ərzində müəyyən miqdarda məhsul istehlak edirik. Günbəgün müasirləşən, 
 
qloballaşan dünyada istehsalçılar məhsulun keyfiyyətindən tutmuş, vizual görünüşünə qədər 
 
ona diqqətlə yanaşır, onu təkmilləşdirir, alıcıların zövqünü oxşamağa çalışırlar. Ancaq, çox 
 
əfsuslar olsun ki, bəzi hallarda biz bunun əksinin də şahidi oluruq. Bəzən alıcılar çox asanlıqla 
 
istehsalçıların, belə deyək, tələsinə düşürlər. Bu yazıda bu cür avantüralara uymamağın çox 
 
sadə yollarından biri ilə tanış olacağıq.
 
Bazarlıq zamanı marketdə eyni növ məhsulun bəzən onlarla növünə rast gəlmək olar. Çox 
 
vaxt biz bu markaların mənşəyi – hansının hara istehsalı olduğu haqda məlumatsız oluruq. 
 
Çox tez-tez olur ki, məhsulun özü yerli olsa da, adı, vizual görünüşü ilə daha çox “xarici 
 
marka”nı oynamağa çalışır. Məhsulu əlimizə alıb üzərini oxuduqda isə bir neçə dildə 
 
tərkibinin yazılması və s. alıcılarda malın xarici mənşəli olmasına inamı daha da artırır. 
 
Bəs bu cür hallardan necə yayınmaq olar? 
 
Əslində, məsələ çox sadədir. Malın hansı ölkə qeydiyyatında olduğunu öyrənmək üçün 
 
məhsulun adına, loqosuna (etiketi), tərkibinə deyil, barkoduna və istehsal ölkəsinə baxmaq 
 
kifayət edir. Bu haqda bir az daha ətraflı danışaraq məlumatı olmayanlar üçün qısa arayış 
 
Barkodun 1949-ci ildə ABŞ-da yaranması və ilk barkodun yumru olması kimi faktlardan 
 
danışmaq istəmirik. Nəzərinizi sırf barkodun üzərindəki bir çoxlarımız üçün anlaşılmaz olan 
 
rəqəmlərə cəmləmək istərdik. 
 
Müasir barkodlar, adətən, EAN-13 adlanan kodlaşdırma ilə nömrələnir. Burada 13 rəqəm 
 
olur ki, onlar da 4 ayrı məlumatı daşıyan hissəyə bölünür.
 
1. Bir məhsulun hansı ölkəyə aid olduğunu məhz barkodun ilk üç rəqəmi vasitəsilə 
 
bilmək olar. Bu rəqəmlər məhsulun istehsalçısının ölkə kodunu təsvir edir.
 
2. Növbəti dörd rəqəm istehsalçının kodunu müəyyən edir.
 
3. Barkodun 3-cü hissəsini təşkil edən beş rəqəmlik kombinasiya məhsulun kodunu 
 
4. Sonuncu hissə, yəni tək rəqəmlik nömrə isə kontrol rəqəmi adlanır. Bu, barkodun EAN 
 
alqoritmi üzrə skanner vasitəsilə oxunması üçündür.
 
Bəzi ölkələrin barkodları:
 
Azərbaycan 476 / ABŞ 000-139 arası / Rusiya 460-469 arası / Çin 690-695 arası / 
 
Almaniya 400-440 arası / Yeni Zelandiya 940-949 arası.
 
Misal üçün, marketlərimizdə satılan “WESTGOLD”  və “Golden Crown” kərə yağlarının 
 
qablaşdırmasının üzərindəki barkoda nəzər yetirdikdə bu məhsulların üzərindəki barkodun ilk 
 
üç rəqəmlərinin 942 olduğunu görəcəyik ki, bu da öz növbəsində malın həqiqətən də Yeni 
 
Zelandiyada istehsal olunduğunu və qablaşdırıldığını bildirir.
 
Bəzən barkodlar görməyə öyrəşdiyimiz standart 
 
formasından fərqlənə də bilərlər. Bu kimi hallarda çaşmaq 
 
lazım deyil, bəzi malların üzərində dizaynerlər barkodlar 
 
vasitəsilə öz məharətlərini göstərə bilərlər.
 
Növbəti dəfə mənşəyindən şübhə etdiyiniz məhsulu əlinizə götürdükdə üst tərəfindəki yazıya 
 
aldanmayın, tam əmin olmaq üçün məhsulun arxasındakı istehsal olunduğu ölkəni və 
 
barkodunu yoxlamağı unutmayın.






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR