Azad Rəhimov: “Azərbaycan Formula 1-də təmsil oluna bilər”

Azad Rəhimov: “Azərbaycan Formula 1-də təmsil oluna bilər”
11:14 18 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

“Formula 1-in Bakı Qran-Prisi üçün 30 minə qədər bilet satılacaq. Qiymətlər müxtəlifdi və sabah saat 12-dən satışa start veriləcək”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimovdeyib.

 

2016-cı ildə Bakıda keçiriləcək Formula 1-in Avropa Qran-Prisi üçün biletləri sabahdan satışa çıxarılacaq. A. Rəhimov bununla bağlı təşkil edilən mətbuat konfransında bildirib ki, həvəskarlar da yarışı izləyə biləcəklər: “Sürprizlər edəcəyik. Çalışacağıq ki, paytaxt sakinləri əsl bayram yaşasınlar. Konsertlər, şou proqramlar təşkil olunacaq”.

 

Nazir söyləyib ki, Formula 1-də yollar üçün aparılan işlərə 12 milyon manat pul xərclənib: “Həmçinin Əməliyyat Komitəsi hələlik 5 milyon xərcləyib. Bu, təbliğat və işçilərin əmək haqqına sərf olunub. Bundan əlavə, Azadlıq Meydanında pits-stop tikiləcək. Biletlərin qiyməti 19 manatdan başlayır. Satışdan əldə edəcəyimiz gəliri hesablamaq mümkündü. Azərbaycanlılara biletlərin qiymətində 40 faiz endirim olacaq. Məqsədimiz Bakı sakinlərinə maneə yaratmamaqdı. Çalışacağıq ki, mümkün qədər tıxac olmasın. Bunun üçün lazımi tədbirlər görüləcək. Azərbaycan Avtomobil Federasiyası tərəfindən hazırda Zirə istiqamətində böyük bir sahə götürülüb. Bu sahə böyük avtodrom tikintisi üçün nəzərdə tutulub. Lakin gələn il və qarşıdakı illərdə dövlət büdcəsindən bunun üçün vəsait nəzərdə tutulmayıb”.

 

A. Rəhimov Formula 1 yarışında gələcəkdə azərbaycanlı idmançının iştirakını istisna etməyib: “Hər bir ölkə Formula 1 yarışlarında təmsil olunmağı arzulayır. Gələcəkdə ola bilsin ki, burda Azərbaycan da təmsil olunsun. Dövlətin bu idman növündə komanda yaratmaq planı yoxdu. Əgər hansısa biznesmen bunu etmək istəsə, dəstək verərik”.

 

Gənclər və idman naziri bildirib ki, 10 illik müqavilədən 5 ildən sonra imtina oluna da bilər: “Bakıda qonaqları qəbul etmək üçün 5 ulduzlu otellərin sayı kifayət qədərdi. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, paytaxtımızda 12 min çarpayılıq yer verilib. Pilotlar, rəsmilər və komandalar ümumilikdə 2500 nəfər təşkil edəcək. Onlar üçün yerlər artıq tutulub. Yollar bir dəfə düzələcək və növbəti illərdə təmirə ehtiyac olmayacaq. Müqavilə 10 illik nəzərdə tutulub. Amma 5 ildən sonra davam da edə bilərik, imtina da. Bu bizim qərarımızdan asılı olacaq. Əməliyyat şirkətində 50-yə yaxın yerli, 3 əcnəbi çalışır. Çalışacağıq ki, gələn ildən ancaq yerlilər olsun”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225659

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR