Qurbanqulu Berdıməhəmmədov Azərbaycan səfirini qəbul edib

Qurbanqulu Berdıməhəmmədov Azərbaycan səfirini qəbul edib
11:17 18 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycanın həmin ölkədəki səfiri Vəhdət Sultanzadəni qəbul edib.
"Report" "Turkmenportal"a istinadən xəbər verir ki, görüş səfirin Türkmənistandakı diplomatik missiyasını başa vurması ilə bağlı keçirilib. 
Türkmənistan prezidenti son illər qurulan konstruktiv Türkmənistan-Azərbaycan dialoqunun yüksək səviyyəsini məmnunluqla qeyd edərək, V.Sultanzadəyə səmərəli əməkdaşlığın əsaslarının möhkəmləndirilməsində verdiyi töhfələrə görə minnətdarlığını bildirib.  
Dövlət başçısı və səfir Türkmənistan və Azərbaycanın siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin genişləndirilməsində maraqlarını vurğulayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/qurbanqulu-berdimehemmedov-azerbaycan-sefirini-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR