“Günəşli”dəki 10 nömrəli özüldə yanan quyuların söndürülməsində FHN-in 3 gəmisi cəlb olunub

“Günəşli”dəki 10 nömrəli özüldə yanan quyuların söndürülməsində FHN-in 3 gəmisi cəlb olunub
11:33 18 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Günəşli” yatağındakı 10 nömrəli özüldəki baş vermiş qəza nəticəsində yanan qaz quyularının söndürülməsinə hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 gəmisi cəlb olunub. İki gəmi isə ehtiyatda saxlanılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Neft daşları” və “Günəşli” sahəsində itkin düşmüş ümumilikdə 26 neftçinin axtarışları davam etdirilir. Müxtəlif istiqamətlər üzrə aparılan axtarışlarda FHN-in 2 helikopteri və 2 gəmisi, o cümlədən də Dövlət Sərhəd Xidmətinin 6 gəmisi iştirak edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Guneslideki_10_nomreli_ozulde_yanan_quyularin_sondurulmesinde_FHN_in_3_gemisi_celb_olunub-912306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR